Qarabağdakı kitabxanalar üçün kitab toplanılır

© Sputnik / Ilham MustafayevQazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Qazaxda Mərkəzləşdirilmiş Kitabxana Sistemi - Sputnik Azərbaycan, 1920, 13.07.2021
Abunə olmaq
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 174 adda 471 nüsxə kitabı, Hüseyn Cavidin Ev Muzeyi isə 22 adda 65 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.

BAKI, 13 iyul — Sputnik. İyulun 12-də Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev Muzeyi də qoşulub.

Sputnik Azərbaycan xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşları "İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası"nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd ediblər.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 174 adda 471 nüsxə kitabı, Hüseyn Cavidin Ev Muzeyi isə 22 adda 65 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə edib.

Məlumat üçün bildirək ki, işğal olunmuş ərazilərdə dağıdılan və yandırılan 927 kitabxanada 4,6 milyon kitab və misilsiz əlyazma nümunələri məhv edilib. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri – muzeylər, kitabxanalar, mədəni-maarif müəssisələri xüsusi qəddarlıqla məhv edilib.

Xəbər lenti
0