Azərbaycanda ərini 9 il əvvəl qətlə yetirən qadın həbs olunub

© Sputnik / Anar MustafayevДевушка в наручниках, фото из архива
Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 12 iyul — Sputnik. Prokurorluq orqanlarının əsas prioritet istiqamətlərdən biri - ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin səmərəli birgə fəaliyyəti nəticəsində 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilib.

Belə ki, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbiristanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq, polis və DTX-nin əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova 27 dekabr 2012-ci il tarixdə birgə yaşadıqları evdə olarkən saat 21 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb, daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməkliyi ilə 28 dekabr 2012-ci il tarixə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbiristanlığın yanındakı kolluq əraziyə atıb.

12.07.2021-ci il tarixdə Dilşad Mənəfova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti
0