02:40 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
131 0 0

"Bakı Metropoliteni" QSC, "Bakı Nəqliyyat Agentliyi" və "Azərbaycan Dəmir Yolları" QSC ictimai nəqliyyatın necə işləyəcəyinə aydınlıq gətirib.

 

BAKI, 2 iyul — Sputnik. Hər həftəsonu əhalini maraqlandıran suallardan biri də ictimai nəqliyyatın iş qrafikidir. Sputnik Azərbaycan həftəsonu ictimai nəqliyyatın necə fəaliyyət göstərəcəyini araşdırıb.

"Bakı Metropoliteni" QSC və Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-ın sorğusuna verilən cavabda bildirilib ki, iyulun 3-ü həm ictimai avtobuslar, həmçinin də metro fəaliyyət göstərəcək. Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 4 iyul saat 00:00-dan 5 iyul saat 06:00-dək, 10 iyul saat 00:00-dan 12 iyul saat 06:00-dək, 17 iyul saat 00:00-dan 19 iyul saat 06:00-dək, 24 iyul saat 00:00-dan 26 iyul saat 06:00-dək, 31 iyul saat 00:00-dan 1 avqust saat 06:00-dək avtobusların, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Sabah Abşeron dairəvi dəmir yolu xəttində qatarlar hərəkətdə olacaq. Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, qeyri-iş günlərindəki qrafikə uyğun olaraq sabah aşağıdakı qatarlar işləyəcək:

Bakı-Pirşağı-Sumqayıt

Bakıdan saat 08:35-də yola düşən 6603 nömrəli qatar

Bakıdan saat 09:45-də yola düşən 6607 nömrəli qatar

Bakıdan saat 15:50-də yola düşən 6611 nömrəli qatar

Bakıdan saat 17:50-də yola düşən 6615 nömrəli qatar

Bakıdan saat 18:25-də yola düşən 6617 nömrəli qatar

Bakıdan saat 19:55-də yola düşən 6621 nömrəli qatar

Bakıdan saat 20:30-da yola düşən 6623 nömrəli qatar

Sumqayıt-Pirşağı-Bakı

Sumqayıtdan saat 07:20-də yola düşən 6604 nömrəli qatar

Sumqayıtdan saat 07:35-də yola düşən 6606 nömrəli qatar

Sumqayıtdan saat 09:00-da yola düşən 6612 nömrəli qatar

Sumqayıtdan saat 10:00-da yola düşən 6614 nömrəli qatar

Sumqayıtdan saat 10:45-də yola düşən 6616 nömrəli qatar

Sumqayıtdan saat 16:50-də yola düşən 6620 nömrəli qatar

Sumqayıtdan saat 18:00-da yola düşən 6622 nömrəli qatar

Sumqayıtdan saat 19:30-da yola düşən 6626 nömrəli qatar

Bakı-Xırdalan-Sumqayıt

Bakıdan saat 08:20-də yola düşən 6005 nömrəli qatar

Bakıdan saat 17:20-də yola düşən 6015 nömrəli qatar

Bakıdan saat 18:50-də yola düşən 6021 nömrəli qatar

Bakıdan saat 19:35-də yola düşən 6023 nömrəli qatar

Sumqayıt-Xırdalan-Bakı

Sumqayıtdan saat 08:00-da yola düşən 6008 nömrəli qatar

Sumqayıtdan saat 09:30-da yola düşən 6012 nömrəli qatar

Sumqayıtdan saat 18:45-də yola düşən 6022 nömrəli qatar.

Qeyd edək ki, AVRO-2020-nin Bakıda keçirilən oyunları ilə əlaqədar iyun ayının 12-dən ictimai nəqliyyatın iş qrafikində xüsusi dəyişikliklər edilib. Xatırladaq ki, AVRO-2020-nin oyun keçirilən günlərində Bakıda ictimai nəqliyyat işləyir. Metro adi günlərdən fərqli olaraq gecə saat 02:00-a qədər sərnişin daşıyır. Onu da qeyd edək ki, AVRO-2020-nin Bakıda keçirilən son oyunu sabaha, iyulun 3-nə təsadüf edir.

Əsas mövzular