CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarif Şurası: Əhali üçün işığın tariflərinə dəyişiklik edilməyib

© Sputnik / Murad OrujovЭлектрические счетчики, фото из архива
Электрические счетчики, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.06.2021
Abunə olmaq
Tarif (qiymət) Şurası 2021-ci il 30 iyun tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirib.

BAKI, 30 iyun — Sputnik. Əhali kateqoriyası üzrə elektrik enerjisinin mövcud tariflərinə hər hansı dəyişiklik edilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının elektrik enerjisi üzrə qərarına dair izahedici şərhində deyilir.

Tarif (qiymət) Şurası 2021-ci il 30 iyun tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirərək bildirir ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat/saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur.

Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"na uyğun olaraq Tarif Şurası qərar verib.

"Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində "və məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri" sözləri çıxarılıb və cədvəl bölməsinə aşağıdakı məzmunda 2.2-ci sətir əlavə edilib:

Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVt-saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün gündüz vaxtı (saat 08:00-dan 22:00-dək) 7,3 qəpik (əvvəlki qiymət 5,8 qəpik), gecə vaxtı (saat 22:00-dan 08:00-dək) 3,5 qəpik (əvvəlki qiymət 2,8 qəpik).

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında" 2017-ci il 19 dekabr tarixli 10 nömrəli Qərarı ləğv edilib.

Bu qərar 2021-ci il 1 iyul tarixindən qüvvəyə minir.

Həmçinin oxuyun: 

* Sabahdan təbii qazın qiymətləri qalxır - SOCAR-ın Tarif Şurasına müraciəti əsasında

* Azərbaycanda işığın qiymətləri dəyişdi - gecə-gündüz tarifləri müəyyənləşdirildi

Xəbər lenti
0