23:41 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
710 0 0

Bank tərəfindən mühüm layihələrin, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində iştirak xüsusilə qeyd edilib.

BAKI, 29 iyun — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Duarteni ölkəmizdəki fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Azərbaycanın AYİB ilə əməkdaşlığa yüksək önəm verdiyini qeyd edərək mövcud münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.

Bank tərəfindən mühüm layihələrin, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində iştirak xüsusilə qeyd edilib. Həmçinin AYİB-in Azərbaycan nümayəndəliyinin aidiyyəti nazirliklər ilə həyata keçirdiyi uğurlu əməkdaşlığı məmnunluqla ifadə edilib.

İ.Duarte Azərbaycandakı fəaliyyətinin müsbət nəticələrindən bəhs edərək, bu xüsusda bərpa olunan enerji, dayanaqlı inkişaf sahələrində əməkdaşlığı xüsusilə qeyd edib. 2019-cu ildə Azərbaycan Baş nazirinin AYİB-in London şəhərində baş qərargahında keçirilən Şərq Tərəfdaşlığı İnvestisiya Sammitində iştirakı, habelə imzalanmış razılaşmaların əməkdaşlığın genişləndirilməsinə önəmli təkan verdiyi bildirilib.

C.Bayramov qarşı tərəfə münaqişə sonrası mərhələdə bölgədə mövcud olan vəziyyət və əməkdaşlıq imkanları barədə məlumat verərək xüsusilə azad olunmuş ərazilərdəki bərpa və quruculuq işlərindən bəhs edib. Bu mərhələdə beynəlxalq tərəfdaşlarla, o cümlədən AYİB ilə əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir İvana Duarteyə Azərbaycandakı uğurlu fəaliyyətinə görə təşəkkür edərək ona gələcək səylərində müvəffəqiyyətlər arzulayıb.

Əsas mövzular