20:59 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
1265 0 0

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.

BAKI, 29 iyun — Sputnik. Müharibədə iştirak edib ancaq medalla təltif olunmadıqları iddiası ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaş tərəfimizdən qəbul edilib. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Görüş zamanı qeyd edilib ki, hərbi qulluqçuların müvafiq medallarla təltif olunmaları onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirilib.

Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev iyunun 24-də bir qrup hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.

Bununla da, "Füzulinin azad olunmasına görə" medalı ilə 11365 nəfər təltif olundu. Onlardan 403-ü ölümündən sonra bu medala layiq görülüb.

"Xocavəndin azad olunmasına görə" medalı ilə 11831 nəfər təltif olundu. Onlardan 373-ü ölümündən sonra bu medala layiq görülüb.

"Zəngilanın azad olunmasına görə" medalı ilə 3435 nəfər təltif olundu. Onlardan ikisi ölümündən sonra bu medala layiq görülüb.

"Cəbrayılın azad olunmasına görə" medalı ilə 10211 nəfər təltif olundu. Onlardan 260-ı ölümündən sonra bu medala layiq görülüb.

"Qubadlının azad olunmasına görə" medalı ilə 5867 nəfər təltif olundu. Onlardan 53-ü ölümündən sonra bu medala layiq görülüb.

"Şuşanın azad olunmasına görə" medalı ilə 5784 nəfər təltif olundu. Onlardan 120-i ölümündən sonra bu medala layiq görülüb.

"Ağdamın azad olunmasına görə" medalı ilə 3522 nəfər təltif olundu. Onlardan 26-ı ölümündən sonra bu medala layiq görülüb.

"Kəlbəcərin azad olunmasına görə" medalı ilə 4225 nəfər təltif olundu. Onlardan 209-u ölümündən sonra bu medala layiq görülüb.

"Laçının azad olunmasına görə" medalı ilə 2642 nəfər təltif olundu. Onlardan 26-ı ölümündən sonra bu medala layiq görülüb.

"Suqovuşanın azad olunmasına görə" medalı ilə 10647 nəfər təltif olundu. Onlardan 400-ü ölümündən sonra bu medala layiq görülüb.

Əsas mövzular