COVID-19 pasportu almaq istəyən respondentlərin sayı açıqlanıb

© Sputnik / Murad OrujovСвидетельство о вакцинации от коронавируса, фото из архива
Свидетельство о вакцинации от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 29.06.2021
Abunə olmaq
Respondentlərin 24,4%-nin COVID-19 pasportu olsa da, hələ ki, istifadə etmədiyini, 53,9%-i isə sözügedən sənədə sahib olmadığını qeyd edib.

BAKI, 29 iyun — Sputnik. Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 10-dan Azərbaycanda COVID-19 pasportunun tətbiq olunduğunu nəzərə alaraq Media Təhlil Mərkəzi (MTM) tərəfindən 16-21 iyun tarixlərində sorğu keçirilib.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, sorğuda iştirak edən 1084 respondentin 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib. Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 43,9%-i hazırda COVID-19 pasportunu əldə etmədiyini, lakin alacağını, 33,1%-i isə artıq sözügedən sənədə sahib olduğunu bildirib.

Cavab verənlərin 13,3%-i COVID pasportunu almağı düşünmədiyini, 9,7%-i isə tərəddüd etdiyini qeyd edib.

Respondentlərin 38,3%-i vaksin vurduraraq, 6,6%-i koronavirusa yoluxub sağaldığına görə COVID-19 pasportu əldə edib. Sorğu iştirakçılarının 55,1%-i isə hələ ki pasport əldə etməyib.

COVID-19 pasportunun əldə edilməsi ilə bağlı verilən sualın cavabında sorğu iştirakçılarının 15,7%-i “E-Təbib” mobil tətbiqindən yüklədiyini, 8,7%-i “e-gov.az” saytından əldə etdiyini qeyd edib.

Sənədi vaksin vurdurarkən aldığını deyənlər sorğu iştirakçılarının 16,6%-ni, COVID-19 pasportunun olmadığını söyləyənlər cavab verənlərin 59%-ni təşkil edib.

Sorğunun nəticələrinə əsasən məlum olub ki, respondentlərin 11,8%-i COVID-19 pasportunu iş yerinə, 4,6%-i idman zalına gedərkən təqdim edib. İştirakçıların 3%-i bu pasportu səyahət edərkən, 2,3%-i məscid, kilsə və digər dini obyektlərə gedərkən istifadə etdiyini vurğulayıb.

Respondentlərin 24,4%-nin COVID-19 pasportu olsa da, hələ ki, istifadə etmədiyini, 53,9%-i isə sözügedən sənədə sahib olmadığını qeyd edib.

Qeyd edək ki, ötən gün açıqlanan rəqəmlərə görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 608 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 317, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 291 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 3349035, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2139001, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1210034 təşkil edir.

Xəbər lenti
0