Türkiyədə Azərbaycana aviabiletlərin qiymətinin baha olmasından şikayətlənirlər - deputat

© Photo : AZALРабота аэропорта Гейдар Алиев во время пандемии, фото из архива
Работа аэропорта Гейдар Алиев во время пандемии, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Milli Məclisin bugünkü növbədənkənar iclasında deputatlar cari məsələlər ilə bağlı çıxışlar ediblər.

BAKI, 25 iyun — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə Ali Baş Komandan İlham Əliyev və Azərbaycan xalqını təbrik ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, daha sonra cari məsələlər ilə bağlı çıxışlar olub.

Parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, Türkiyədən Azərbaycana gəlmək istəyən çoxlu sayda insan var, çoxlu sayda müraciətlər alırıq. O qeyd edib ki, Türkiyədə insanlar Azərbaycana aviabiletlərin qiymətinin baha olmasından şikayətlənirlər: "Azərbaycandan da Türkiyəyə biletlər bahadır. AZAL-a çağırış edirəm ki, bu biletlərin qiymətinə baxılsın".

Deputat Elman Nəsirov çıxış edərək bildirib ki, deputat sözü millət vəkili sözü ilə əvəzlənməlidir. O bildirib ki, onların millət vəkili adlandırılması ictimai sifarişdir: "Biz millətin vəkilləriyik. Deputat sözü bu mənanı tam ehtiva etmir. Hesab edirəm ki, qanunda dəyişiklik edilməlidir və deputat sözü millət vəkili sözü ilə əvəz edilməlidir".

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, sosial şəbəkələrdə insanların işğaldan azad olunmuş ərazilərə dərhal köçürülməsi məsələsi ortaya atılır. Təkcə Ağdamda 97 min mina yerləşdirilibsə, görün digər azad edilən ərazilərdə nə qədər mina var. Deputat deyib ki, insanları aldatmaq, mütləq azad olunmuş ərazilərə köçməli olduqlarını bildirmək yolverilməzdir: "Bəzi müxalifət partiyalarının rəhbərləri nə vaxt bir şəhidin qapısını döyüb, qazini ziyarət edib? Ancaq su bulandırmaqla, Ermənistan dəyirmanına su tökməklə məşğuldurlar. Ərazilər minalardan təmizlənənədək, ağıllı kəndlər, şəhərlər salınanadək insanları təhlükəli yerlərə göndərə bilmərik.

Xəbər lenti
0