Bayram günü işləyəcək idarələrin siyahısı açıqlandı

© Sputnik / Murad OrujovЗдание Государственного Таможенного Комитета в Баку
Здание Государственного Таможенного Комитета в Баку - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Dövlət Gömrük Komitəsi (DGK) strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin bayram günü üçün iş qrafikini açıqlayıb.

BAKI, 25 iyun — Sputnik. Qarşıdan gələn Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin (DGK) strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri iyunun 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək. Sputnik Azərbaycan-a bu barədə DGK-dan məlumat verilib.

Məlumata görə, gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər.

Qeyd edək ki, DGK-nın ixtisaslaşdırılmış gömrük idarələrinə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi daxildir.

Xəbər lenti
0