Xocavənddə yollara basdırılmış minalar aşkar edilib

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidQarabağda yol kənarında mina
Qarabağda yol kənarında mina - Sputnik Azərbaycan, 1920, 24.06.2021
Abunə olmaq
Xocavənddə yanğın baş vermiş əraziyə gedən Xocavənd RPŞ-nin əməkdaşları 2 ədəd tank əleyhinə mina aşkar edib.

BAKI, 24 iyun — Sputnik. Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidməti fəaliyyətlərini yerinə yetirərərkən kəndlərarası yollarda quraşdırılmış Ermənistan istehsalı olan tank əleyhinə minalar aşkar ediblər. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 23-də Xocavənd RPŞ-nin əməkdaşları xidməti ərazidə nəzarət-profilaktik tədbirlər keçirərkən Ağcakənd kəndinə gedən yolda basdırılmış 2 ədəd tank əleyhinə mina aşkar ediblər.

Dərhal bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman daha 3 ədəd tank əleyhinə mina aşkar edilib.

Aşkar edilmiş 5 mina zərərsizləşdirilib.

İyunun 24-də rayon ərazisində baş vermiş yanğın ilə əlaqədar Xocavənd RPŞ-nin əməkdaşları hadisə baş verən yerə gedərkən Düdükçü-Edilli kənd yolunda daha 2 ədəd tank əleyhinə mina aşkar ediblər.

Bu barədə Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Minaların ərazidən götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, iyunun 14-dən 19-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 89 piyada əleyhinə mina, 107 tank əleyhinə mina və 11 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. ANAMA-nın işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatına görə, 111 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Xəbər lenti
0