Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib

© Photo : Facebook / YAŞAT Fondu Şəhid Vüqar Məmmədovun övladı
 Şəhid Vüqar Məmmədovun övladı  - Sputnik Azərbaycan, 1920, 23.06.2021
Abunə olmaq
"YAŞAT" Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır.

BAKI, 23 iyun — Sputnik. Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, şəhid Vüqar Məmmədovun övladı Vüqarın zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.

Qeyd edək ki, "YAŞAT" Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılır.

Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Xəbər lenti
0