Şabranda güclü yanğın - insanlar təxliyə edilirlər

© Sputnik / Leyla AbdullayevaŞabranda Qala restoranında yanğın
Şabranda Qala restoranında yanğın - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
On yaşayış evi yanğından mühafizə edilib, görülən tədbirlər nəticəsində yanğının evlərə keçməsinin qarşısı hələlik alınıb.

BAKI, 21 iyun — Sputnik. Şabran rayonu ərazisində, Bakı-Quba yolunun üstündə yerləşən "Qala" restoranında yanğın baş verib. Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, restoranın bütün otaqları - ümumilikdə 300 kvadratmetr sahəsi tam yanıb.

Yanğın yerinə FHN-in Şabrandan 2, Siyəzəndən 1 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yanğın restoranın aşağı hissəsindəki evlərin bağlarına keçib. Tez bir zamanda oradakı insanlar təxliyə ediliblər. On yaşayış evi yanğından mühafizə edilib, görülən tədbirlər nəticəsində evlərə keçməsinin hələ ki qarşısı alınıb.

Onu da qeyd edək ki, insanlar təşviş içindədirlər. Yanğının evlər keçməsindən çox narahat olublar. Hələ də öz evlərinə qayıtmayıblar.

Şabranda 4 gün əvvəl də bağlarda və dəmir yolunda yanğın baş verib 

İyunun 17-də də Şabranda güclü yanğın olub. Hadisə rayon mərkəzində, Nizami küçəsi 17 ünvanında baş verib.

Yanğın Şabran rayon 3 saylı tam orta məktəbin yaxınlığındakı zibillikdən başlayıb. Hava küləkli olduğundan yanğın məktəbin həyətinə keçib. Məktəbin həyətindəki ağaclar və həyətinin çəpəri yanıb.

Daha sonra isə yanğın yaxınlıqda yaşayan Daşdəmirova Nailə Qüdrət qızının bağ sahəsinə, oradan da Şabran rayon Dəmir Yolu Stansiyasının ambulatoriya binasına keçib.

N.Daşdəmirova məxsus meyvə bağı tamamilə yanıb.

Yanğını söndürmək üçün hadisə yerinə Şabran Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub.

 

Xəbər lenti
0