22:13 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
475 0 0

Seçki prosesi haqqında danışan Sarqsyan hökumət tərəfindən ciddi təzyiqlərlə üzləşdiklərini bildirib.

BAKI, 20 iyun - Sputnik. Köçaryanla koalisiya barədə razılaşmalar seçkilərin nəticələri elan olunmamışdan qabaq məlumdur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə etdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan bildirib.

"Hakimiyyətin Paşinyana təhvil verilməsini Koçaryan bağışlayıb, bəs siz?" sualına cavabında isə o, deyib ki, onu ancaq Allah bağışlaya bilər, başqa heç kim.

Seçki prosesi haqqında danışan Sarqsyan hökumət tərəfindən ciddi təzyiqlərlə üzləşdiklərini bildirib. Seçki prosesini diqqətlə izlədiklərini vurğulayan eks-prezident aralıq müddətdə proses barədə əlavə açıqlamalar veriləcəyini deyib.

Səsvermə barədə danışarkən o, təhlükəsiz, suveren, iqtisadi cəhətdən inkişaf etmiş Ermənistan üçün güclü ordu və sərhədlərin toxunulmazlığının lehinə seçim etdiyini qeyd edib.

Ermənistanda seçkilər

Bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Ermənistan özünü müstəqil respublika elan etdikdən sonra sayca 8-ci dəfə keçirilən bu seçkidə səsvermə yerli vaxtla saat 8:00-da başlayıb və saat 20:00-da başa çatacaq.

Ermənistanda bir şəxsə seçici subyektlərinin sayına uyğun bülleten verilir. Hazırkı seçkilərdə 25 siyasi qüvvə - 4 blok və 21 partiya iştirak edir.

Seçki məntəqəsinə gələn vətəndaşa hər birinin ayrı nömrəsi olan 25 bülleten və seçicinin seçilmiş bülleteni qoyacağı zərf veriləcək. Qalan 24 bülleten səsvermə kabinetində olan karton qutuya atılacaq.

Ölkə üzrə mövcud olan 2008 seçki məntəqəsindən 479-u paytaxt Yerevanda, 1 529-u isə ölkənin müxtəlif bölgələrində yerləşir.

Ölkədə 2 583 milyon vətəndaşın seçkilərdə səsvermə hüququ var. Diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləri (650 nəfər) isə elektron səs verəcək.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər ilk dəfə olaraq proporsional sistemlə keçiriləcək.

Növbəti gün MSK ilkin, yeddi gün ərzində isə yekun nəticəni açıqlamalıdır. Parlamentdəki mandat bölgüsündən sonra konstitusiyaya görə, qüvvələrdən heç biri səslərin 54 faizini qazanmazsa, seçki məcəlləsinə görə bütün partiyaların koalisiya hökuməti qurması üçün altı gün vaxt veriləcək.

Əgər koalisiya qurulmasa, seçki günündən 28 gün sonra ilk turda ən çox səs qazanan iki siyasi qüvvənin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Ermənistan parlamentinə növbədənkənar seçkilər ölkədə uzun sürən daxili siyasət böhranından sonra təyin edilib. Seçkilərdə ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası və sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku iştirak edir.

Əsas mövzular