21:39 30 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
824 0 0

Mayın 27-də Suriya Ərəb Respublikasının Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 6 nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan Respublikası vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.

BAKI, 18 iyun — Sputnik. Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan, 6-sı qadın, 14-ü uşaq olan Azərbaycan vətəndaşları vətənə repatriasiya olunduqdan sonra onların reabilitasiya və reinteqrasiya işləri həyata keçirilir. ​​​

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlərin davamı olaraq, həmin şəxslər reabilitasiya proqramına cəlb ediliblər. Onların reabilitasiyası fərdi plan əsasında Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və psixoloqları tərəfindən aparılır. Reabilitasiya və reinteqrasiya tədbirləri aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Azərbaycan hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Qeyd edək ki, Suriya Ərəb Respublikasının Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 6 nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan Respublikası vətəndaşının vətənə repatriasiyası həyata keçirilib. ​Türkiyə Respublikasının müvafiq dövlət qurumları ilə aparılmış müştərək fəaliyyət nəticəsində cari il mayın 25-də Suriyada olan sözügedən vətəndaşlarımızın Türkiyə Respublikasına sərhəd keçidi təmin edilib. Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən 2021-ci il mayın 26-da qadın və uşaqların ilkin tibbi və psixolojı müayinəsi keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımızın ölkəyə qayıtması üçün onlara "Azərbaycan Respublikasına qayıdış şəhadətnamə"ləri rəsmiləşdirilib və onlar Azərbaycana uçuş biletləri ilə təmin ediliblər.

Cari il mayın 27-də Türkiyə Respublikasının miqrasiya xidməti rəsmilərinin və Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə həmin vətəndaşların İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası təmin edilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Əsas mövzular