18:45 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
61 0 0

Məşhur belçikalı aktyorun oğlu azərbaycanlı ailə ilə qohum olar-olmaz Azərbaycanın dövlət qurumundan müraciət alıb.

BAKI, 17 iyun — Sputnik. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi müsahibə üçün dünyaca məşhur aktyor və idmançı Jan-Klod Van Dammın oğluna müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

"Jan-Klod Van Dammın oğlu Kristofer Van Barenberqlə azərbaycanlı dostunun vasitəsilə əlaqə saxladıq və "Vətən uzaqda deyil" proqramının "Yad oğlu, yad qızı" rubrikası üçün müsahibə almaq istədiyimizi bildirdik (yad kürəkənimiz kimi). Kristofer müsahibə verib-verməməyi azərbaycanlı xanımı Suada Hacızadə ilə məsləhətləşməli olduğunu bildirib: "Şəxsi həyatımızla bağlı məlumatları ictimailəşdirmək üçün ortaq qərar verməliyik". Kristoferdən cavab gözləyirik", - Dövlət Komitəsinin rəsmisi deyib.

Beynəlmiləl evlilik

Xatırladaq ki, Jan-Klod Van Dammın oğlu azərbaycanlı Suada Hacızadə ilə evlənib. Cütlüyün izdivacı ictimaiyyətin böyük marağına səbəb olub. Qeyd edək ki, Suada pianoçudur və bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib. Əsasən caz janrında ifa edən musiqiçi, Prezident təqaüdçüsüdür. O, eyni zamanda VII Beynəlxalq Musiqi Müsabiqəsinin laureatıdır. Suadanın 21 yaşı var.

34 yaşlı Kristofer isə aktyor kimi bir çox filmlərdə rol alıb. O, Van Dammın aktrisa Qledis Portuqezdən dünyaya gələn oğludur. Məlumat üçün bildirək ki, Kristofer ilk dəfə 1992-ci ildə "Universal Soldier" filmində rol alıb. 2012-ci ildə "Boksçu" filmindən başqa, digər filmlərdə atası ilə birlikdə rol alıb. Aktyor "Dragon Eyes", "The Philly Kid", "The Quest", "Welcome to the Jungle", "Black Water" kimi filmlərdə rol alıb.

Həmçinin oxuyun:

Jan Kloud Van Dammın oğlu Kristofer azərbaycanlı xanımla evlənib

Əsas mövzular