08:47 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

BAKI, 17 iyun — Sputnik. İyunun 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Pakistanın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirələrini ehtiramla anıb.

© AR Ministry of Defence
Pakistanın nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov ölkələrimizin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ-i arasında əlaqələrin inkişaf etməsinin ordularımızın döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

© AR Ministry of Defence
Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse-marşalı Tariq Ziya

Pakistan nümayəndə heyətinin rəhbəri Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Tərəflər Azərbaycan və Pakistan HHQ-i arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan-Pakistan hərbi əlaqələri

Bir müddət əvvəl Pakistan İslam Respublikasına səfəri çərçivəsində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra görüşlər keçirmişdi.

Nümayəndə heyəti Pakistan HDQ-nin Kəraçi Komandanlığının komandanı kontr-admiral Ovais Ahmad Bilqrami ilə də görüşdü. Tərəflər hərbi dəniz infrastrukturunun inkişaf etdirilməsi və digər əməkdaşlıq məsələlərini nəzərdən keçirdilər. 

İyunun 10-da Bakıda Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

İyunun 9-da Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Ayaz Həsənov Pakistan Ordusunun Hərbi Əməliyyat Baş İdarəsinin rəisi general-mayor Nauman Zakarianın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər hər iki ölkə ordularının müxtəlif qoşun növləri və bölmələri arasında əməliyyat uyarlığının təmin edilməsi, birgə əməliyyat təlimlərinin planlaşdırılması və keçirilməsinə dair fikir mübadiləsi aparıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Əsas mövzular