AZAL-da qadın pilotlar işə başladılar

© Photo : Facebook / Azerbaijan Airlines - AZALПассажирский самолёт AZAL, фото из архива
Пассажирский самолёт AZAL, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.06.2021
Abunə olmaq
AZAL sosial şəbəkə hesabında ilk qadın pilotların fəaliyyətə başladığı barədə məlumat paylaşıb. Qadın pilotlar öz uğur hekayələrini bölüşüblər.

BAKI, 17 iyun — Sputnik. "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) ilk qadın pilotlar işə başlayıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə aviaşirkətin yaydığı videoçarxda bildirilir. "Bu videoda AZAL-ın pilotu olmağı hədəfləyən cəsarətli və ürəkli xanımların hekayəsinin yalnız kiçik bir hissəsini göstərdik. Bu xanımlar uzun və çətin bir yol keçdilər: Bu peşənin əsaslarını Milli Aviasiya Akademiyasında öyrəndilər, bütün imtahanları əla qiymətlərlə verdilər və yekun praktik sınaqlardan uğurla keçdilər. Bu gün bu gözəl qadınlar hava gəmilərində daxili və beynəlxalq uçuşları həyata keçirən AZAL-ın yüksək səviyyəli pilotlarıdır", - deyə məlumatda qeyd edilib.

Məlumat üçün bildirək ki, AZAL Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Mərkəz nəzəri və praktiki hazırlıq şöbələrindən ibarətdir. Nəzəri tədris şöbəsi hər il 7000-dən çox mülki aviasiya mütəxəssisinin 300-dən çox kvalifikasiyanın artırılması kurslarında iştirakını təmin edir. Təcrübə təlim şöbəsində peşəkar pilot bacarıqlarının əldə edilməsi və dəstəklənməsi üçün çox əhəmiyyətli olan dörd uçuş aviasiya trenajoru fəaliyyət göstərir.

Xəbər lenti
0