22:38 04 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0179
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
35 0 0

1992-ci ilin iyun ayının 13-də qəhrəmancasına həlak olan mayor A.Davidoviçin şücaəti Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.

BAKI, 14 iyun — Sputnik. Belarus Respublikasının Slutsk şəhərində Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin anım günü qeyd olunub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qəhrəmanın növbəti il dönümündə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri onun məzarını ziyarət ediblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistan silahlı qüvvələrinə qarşı gedən döyüşlərdə, həlak olan qəhrəmanın məzarının üzərinə müdafiə naziri adından əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

© AR Ministry of Defence
Belarusda Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin xatirəsi yad edilib

Mərasimdə A.Davidoviçin gənclik və xidmət illəri barədə danışılıb, onun göstərdiyi şücaət xatırlanıb. Vurğulanıb ki, 1992-ci ilin iyun ayının 13-də qəhrəmancasına həlak olan mayor A.Davidoviçin şücaəti Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirib, xatirəsi isə hər iki ölkədə daim ehtiramla yad olunur.

Sonra hərbi attaşelik aparatının əməkdaşları qəhrəmanın anası Kima Andreyevnaya müdafiə naziri adından başsağlığı verərək onun ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayıblar.

Kima Andreyevna da öz növbəsində oğlunun xatirəsinə olan ehtirama və özünə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə, ölkəmizin Belarusdakı hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını bildirib.

Əsas mövzular