23:46 02 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0183
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
3000 0 0

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

BAKI, 14 iyun — Sputnik. Azərbaycanın Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 14-dək dəfn edilən və eləcə də itkin düşmüş şəxslərlə bağlı ən son məlumatı açıqlayıb. 

Sputnik Azərbaycan Nazirliyin saytına istinadla xəbər verir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyunun 14-dək dəfn edilən 2904 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 10 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat ictimaiyyətə təqdim olunub.

"İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirliyin müvafiq məlumatında bildirilir.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə bu linkdən tanış ola bilərsiz:

https://mod.gov.az//images/pdf/131d6a3630f4a758bf646670cd676b0e.pdf

Əsas mövzular