Yol polisindən maskalarla bağlı xəbərdarlıq: Cərimələr qüvvədədir

© AP Photo / Burhan OzbiliciЛюди в автобусе, фото из архива
Люди в автобусе, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Polisin sözlərinə görə, Nazirlər Kabinetinin qərarı o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar.

BAKI, 11 iyun — Sputnik. Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli qərarı ilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən məcburi istifadə edilməsinə dair tələb ləğv olunub. Lakin bu o demək deyil ki, qapalı məkanlarda, o cümlədən ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etməmək olar. Bu barədə Sputnik Azərbaycan-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

"Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli qərarına əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) mütləq istifadə edilməlidir.

Qeyd olunanları nəzərə alaraq, bir daha vətəndaşlardan qapalı məkanlarda, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadə etmələrini xahiş edir və ümid edirik ki, hər birimiz məsuliyyətli olmaqla koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müəyyən olunmuş qaydalara riayət edəcəyik", - deyə qeyd olunub.

Xatırladaq ki, mayın 31-dən etibarən açıq havada tibbi maskadan istifadə qadağası ləğv olunub.

Xəbər lenti
0