Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Mədəniyyət naziri Samir Şərifovun kino sahəsi ilə bağlı iradına münasibət bildirdi

© pixabay / gagnonm1993Кинолента, фото из архива
Кинолента, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Maliyyə naziri Samir Şərifov vəsait ayrılmasına rəğmən hər hansı kino əsərlərinə rast gəlinmədiyini bildirmişdi.

Mədəniyyət naziri Anar Kərimov maliyyə naziri Samir Şərifovun Milli Məclisin iclasında kino sahəsi ilə bağlı iradlarına cavab verib.

"Report" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bu iradın köhnə dövrə aid olduğunu bildirib.

"Bizə elə gəlir ki, bu, köhnə dövrə aid olan məsələdir. Biz cavabımızda nailiyyətlərimiz haqqında məlumat verdik. Qısa zamanda kifayət qədər işlər görülüb. Bundan sonra da kino sahəsində işlər davam etdiriləcək. Bu sahə elədir ki, qısamüddətli nəticələr gözləmək çətindir, çünki uzunmüddətli prosesdir. Hazırda "Azərbaycanfilm" kinostudiyasının maddi bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Bundan başqa, təmir-bərpa işləri də gözlənilir. Kino konsepsiyası yenidən işlənilir və onun beynəlxalq standartlara cavab verməsinə nail olmuşuq”, - o deyib.
Maliyyə nazirinin kino ilə bağlı etirazı

"Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət büdcəsindən maliyyə ayrılıb. Bununla bağlı sorğuları Mədəniyyət Nazirliyinə göndərmək olar".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deputatların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə milli kinematoqrafiyanın dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə dair “Azərbaycan Kinematoqrafiyasının İnkişaf Konsepsiyası”nın layihəsi hazırlanıb:

“Konsepsiya layihəsi bir neçə dəfə Maliyyə Nazirliyinə təqdim olunub. Ancaq etiraf edim ki, biz onu qəbul etməmişik, çünki orada hər hansı bir dəyişiklik görməmişik. Vəsaitlər ayrılır, ancaq nəticədə hər hansı bir kino əsərlərini görmürük. Bunu da hamımız bilirik və deyirik. Hesab edirik ki, vəsaitlərin ayrılması konkret nəticələr verməlidir”.

Qeyd edək ki, bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Xəbər lenti
0