Şəhid jurnalistlə vida mərasimi keçirilir

© Photo : REPORTMəhərrəm İbrahimovla vida mərasimi
Məhərrəm İbrahimovla vida mərasimi - Sputnik Azərbaycan, 1920, 05.06.2021
Abunə olmaq
Şəhid jurnalist Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq

BAKI, 5 iyun — Sputnik. Kəlbəcərdə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovla vida mərasimi başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, mərasim Binəqədi rayonu, Rəsulzadə qəbəbəsindəki evində keçirilir.

Şəhid jurnalist Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin Susuzluq kəndi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti
0