Bu avtomobillərdə maska taxmaq məcburidir

© Sputnik / Murad OrujovПредприятие по производству медицинских масок в Сумгайытском химическом промышленном парке
Предприятие по производству медицинских масок в Сумгайытском химическом промышленном парке - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Qapalı obyektlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus infeksiyasına qarşı digər qoruyucu tədbirləri əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir!

BAKI, 2 iyun — Sputnik. Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.) maskadan istifadə olunacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 26 may 2021-ci il tarixli qərarına şərhində əksini tapıb. Həmçinin fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində və açıq sahəli ofislərdə və istehsalat yerlərində də maska tələbi qüvvədə qalır.

Qanunvericiliyə əsasən şəxsi avtomobillərdə tibbi maskadan istifadə edilməsi tələb olunmur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli Qərarına əsasən aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

- şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

- qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

- dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

- fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

- açıq sahəli ofislərdə və istehsalat yerlərində;

- tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il 151 nömrəli qərarına görə, 2021-ci il 31 may saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbi ləğv edilib.

Xəbər lenti
0