Azərbaycanlı aparıcı evində ölü tapılıb

© Sputnik / Murad OrujovBakıda ulu öndər Heydər Əliyevin anım mərasimi
Bakıda ulu öndər Heydər Əliyevin anım mərasimi - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Yaxınları sonuncu dəfə mayın 31-də onunla əlaqə saxladıqlarını qeyd ediblər. Ondan iki gün xəbər almadıqlarını, bundan sonra hərəkətə keçdiklərini bildiriblər. Aparıcının nəşi tibbi ekspertizaya göndərilib.

BAKI, 2 iyun — Sputnik. Aparıcı Şamil Familli dünyasını dəyişib. Bu barədə Sputnik Azərbaycan-a ARB telekanalının mətbuat katibi Ozal İbrahimli məlumat verib.

Mətbuat katibinin verdiyi məlumata görə, Şamil Familli ARB Telekanalında yayımlanan "Bazar düzü" verilişinin keçmiş aparıcısı olub. Aparıcının hansı səbəbdən vəfat etdiyi bəlli deyil. İlkin məlumata əsasən, aparıcı dünyasını dəyişəndən iki gün sonra evində tapılıb. O, hamam otağından çıxarkən müvazinətini itirərək yıxılıb. Nəticədə başından ağır xəsarət alan aparıcı hadisə yerindəcə həyatını itirib.

Ş.Famillinin yaxınları sonuncu dəfə mayın 31-də onunla əlaqə saxladıqlarını qeyd ediblər. Ondan iki gün xəbər almadıqlarını, bundan sonra hərəkətə keçdiklərini bildiriblər. Aparıcının nəşi tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, Ş.Familli AzTV və Lider TV-də fəaliyyət göstərib. O, bir müddət əvvəl ARB TV-də yayımlanan "Bazar düzü" verilişinin aparıcısı olub.

Xəbər lenti
0