22:20 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
23

Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, qarşılıqlı əlaqələrin inkişafı perspektivləri müzakirə ediləcək.

BAKI, 30 may - Sputnik. Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Tehrana səfər edib.

Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, qarşılıqlı əlaqələrin inkişafı perspektivləri müzakirə ediləcək.

Xatırladaq ki, bu ilin yanvarında Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev İran-Azərbaycan İqtisadi Komissiyasının iclasından sonra İranın Yol və şəhərsalma naziri Məhəmməd İslami ilə görüşmüşdü. Görüşdə Astara sərhədində avtomobillər üçün yeni terminalın tikilməsi müzakirə edilmişdi. 

Həmin körpünün tikintisi ilə Bakı-Astara magistral yolu Ərdəbil-Astara-Rəşt magistral yoluna birləşəcək.

İranlı nazir o zaman bildirmişdi ki, tərəflər İran şirkətlərinin yenidənqurma işlərində (Azərbaycanın işğaldan azad olunmuş ərazilərində) iştirakı, İran yük maşınlarının Azərbaycana apardıqları yükləri sərhəddə deyil, Azərbaycanda müvafiq məntəqəyə çatdırılması müzakirə edilib.

Əsas mövzular