13:22 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
9

Nazirlər Kabinetinin verdiyi qərarda bildirilir ki, dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla) fəaliyyəti bərpa ediləcək.

BAKI, 27 may — Sputnik. Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) ibadət yerlərinin fəaliyyətinin bərpası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına münasibət bildirib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, idarənin rəsmi "Facebook" səhifəsində yayılan məlumatda deyilir: "İyunun 10-dan fəaliyyəti bərpa ediləcək dini ibadət yerlərinin necə fəaliyyət göstərəcəyinə dair xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə Nazirlər Kabinetinin verdiyi qərarda bildirilir ki, dini ibadət yerlərinin (eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla fəaliyyəti bərpa ediləcək. İnşallah, tezliklə məscidlərdə ibadətlərin tam bərpası üçün dualar edək".

Qeyd edək ki, iyunun 10-u saat 00:00-dan etibarən Azərbaycanda dini ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək. Dini ibadət yerlərinin fəaliyyətinə eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla icazə veriləcək.

Əsas mövzular