20:39 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
XƏBƏRLƏR
Qısa URL
11

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 681 milyon 734,6 min manat, xərcləri isə 26 milyard 416 min 297,5 min manat təşkil edilib.

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Milli Məclis Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsini birinci oxunuşda müzakirə edir.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsi 2020-ci ildə Azərbaycanda formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsini, dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclərin, habelə dövlət proqramlarının icra göstəriciləri, il ərzində dövlət borclanmasına və borclara xidmətə dair vəziyyəti, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında məlumatları özündə əks etdirir.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 681 milyon 734,6 min manat, xərcləri isə 26 milyard 416 min 297,5 min manat təşkil edib.

Büdcə kəsiri 1 milyard 734 milyon 562 912 manat təşkil edib. 2021-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı isə 1 milyard 526 milyon 094 088 manat olub.

İclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər qatılıblar. 

Əsas mövzular