02:09 19 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
675

"Təyyarə BelAES-in yaxınlığında saxlanıldı. Birdən Atom Elektrik Stansiyasının təhlükəsizlik sistemləri tam hazır vəziyyətə gətirilsəydi, onda nə olacaqdı?" - deyə Belarus prezidenti parlamentin bugünkü iclasında bildirib.

BAKI, 26 may — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko "Ryanair" təyyarəsinin təcili olaraq Minskə eniş etməsi ilə bağlı insidenti şərh edib. Bu barədə Sputnik Belarus məlumat yayıb. O bildirib ki, bütün beynəlxalq qaydalara uyğun olaraq insanları qorumaqla qanuni hərəkət edib.

"Mən bütün beynəlxalq qaydalara uyğun olaraq insanları qorumaqla qanuni hərəkət etdim. Təyyarə BelAES-in yaxınlığında saxlanıldı. Birdən Atom Elektrik Stansiyasının təhlükəsizlik sistemləri tam hazır vəziyyətə gətirilsəydi, onda nə olacaqdı?" - deyə Lukaşenko parlamentin bu gün keçirilən iclasında bildirib.

Qeyd edək ki, bazar günü "Ryanair" aviaşirkətinin təyyarəsi Belarus paytaxtındakı "Minsk" hava limanına eniş edib. Saytın məlumatına əsasən, Boeing 737-800 təyyarəsi Afinadan saat 10.29-da qalxıb, lakin Vilnüsə gedib çata bilməyib.

Minsk hava limanının mətbuat xidmətindən Sputnik-ə bildirildiyinə görə, təyyarə hava limanına eniş üçün müraciət edib.

"Təyyarə mina qoyulması xəbərinə görə bizim ərazimizdə eniş edib. Daha sonra istehkamçılar təyyarəyə baxış keçiriblər", – deyə hava limanının mətbuat xidmətindən bildirilib.

Qurumdan əlavə ediblər ki, təyyarədə mina olması xəbəri təsdiqlənməyib.

FHN-dən isə bildirilib ki, 13.09-da təyyarəyə qəza-xilasetmə texnikası göndərilsə də, onların köməyinə ehtiyac olmayıb.

Həmçinin oxuyun:

Minsk hava limanına təcili eniş və sonra baş verənlər: Nələr olur?

Ryanair şirkətinin "başıbəlalı" təyyarəsi Vilnüsə çatıb

Əsas mövzular