04:01 14 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0722
  • RUB0.0237
XƏBƏRLƏR
Qısa URL
14

"AZAL dövlət şirkətidir, dövlət də vətəndaşlarının normal həyatı üçün şərait yaratmalıdır. Təyyarə bileti 14 günlük müalicədən baha başa gəlir. Münasibət dəyişməzsə, konkret ifşaedici faktlar da elə burada səsləndiriləcək".

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. "Bir neçə gündür onlarla vətəndaşlardan şikayətlər gəlir ki, AZAL-ın təyyarə biletləri çox bahadır. Az qala iki ildir ki, vətəndaşlarımız ölkədən kənara çıxa bilmir, həkimə, sanatoriyalara müalicəyə, qohum-əqrabasının yanına getmək istəyənlər var, necə getsinlər? Kimin pulu var, alsın getsin, pulu olmayanlar, maaşla yaşayanlar, kasıb olanlar, tələbələr və digər həssas qruplar ayaqlarını uzadıb ölsünlər?"

Sputnik Azərbaycan xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev deyib.

"Yaxşı, xaricə uçmaq ancaq seçilmişlər, xüsusi biznes imtiyazına malik olanlar, maaşla yaşamayanlar və qeyri-qanuni yollarla varlananlar üçündürsə, o zaman Azərbaycanda olan sanatoriyaları göstərək, bu maaşla yaşayanlar və ümumiyyətlə maaşı olmayanlar da gedib orada sağlamlıqlarını bərpa etsinlər. Bizdə sanatoriya var? 3-4 sanatoriya var, onlar da elə pullular üçündür. Kasıb da gedib, Bakının kənarında zibilə batmış, antisanitar vəziyyətdə olan çirkli bir gölməçə var, orada dincəlsin", - R.Nurullayev çıxışında belə deyib.

Deputat bildirib ki, bu yanaşma ədalətli deyil: "AZAL dövlət şirkətidir, dövlət də vətəndaşlarının normal həyatı üçün şərait yaratmalıdır. Təyyarə bileti 14 günlük müalicədən baha başa gəlir. Bu məsələyə təcili əncam çəkilməlidir. Normal dövlət quraq, normal. Elə dövlət ki, 10 milyonluq xalqın hər bir fərdi seçilmişlər içində olsun. Əgər münasibət dəyişməzsə, bizim də münasibət uyğun olacaq, get-gedə daha da sərtləşəcək və konkret ifşaedici faktlar da elə burada səsləndiriləcək".

Əsas mövzular