19:33 15 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0567
  • RUB0.0236
XƏBƏRLƏR
Qısa URL
11

Nümayəndə heyətinə nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Acalova, kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən,

BAKI, 24 may — Sputnik. Moskvada Rusiya mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyətinə nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Acalova, kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov və Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Əziz Qarayusifli daxildir.

Görüş iştirakçıları görkəmli rəssam Tahir Salahovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Tamilla Əhmədova tədbirdə çıxış edərək mədəniyyət və incəsənətin Azərbaycan və Rusiya arasında münasibətlərin inkişafına təsir göstərən mühüm amillər olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Nigar Axundova qeyd edib ki, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Rusiyaya təcrübə mübadiləsi aparmaq məqsədi ilə gəlib. Növbəti həftədə nümayəndə heyətinin Rusiya Mədəniyyət Nazirliyi, Moskvanın iri mədəniyyət müəssisələrinin təmsilçiləri, mədəniyyət xadimləri ilə silsilə görüşləri nəzərdə tutulub.

Rusiya Böyük Teatrının solisti, Azərbaycanın Xalq artisti Dinara Əliyeva Azərbaycan ilə Rusiya arasında mədəniyyət sahəsində əlaqələri yüksək qiymətləndirib. D.Əliyeva Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalında iştirakını xatırlayaraq vurğulayıb ki, işğaldan azad edilmiş qədim Şuşada, Cıdır düzündə çıxış etmək onun üçün böyük şərəfdir. Məşhur opera müğənnisi festivaldan böyük ruh yüksəkliyi və sevinc hissi ilə qayıtdığını bildirib, belə musiqi gecələrinin Azərbaycanın qədim mədəniyyət ocağında davam etməsinin vacibliyini qeyd edib.

Əsas mövzular