Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 24 may — Sputnik. Azərbaycanın Bosniya və Herseqovinada səfirliyi açılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ "Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Qeyd edək ki, sabah Milli Məclisin plenar iclası keçiriləcək. İclasda "Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.
Layihənin bir oxunuşda qəbul ediləcəyi gözlənilir.