Türkiyə naziri: "Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək"

© © Murat Cetinmuhurdar / Presidential Press Office / Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган в Баку, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.05.2021
Abunə olmaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana edəcəyi səfərdən sonra bizim də Qarabağın yenidənqurulması və restavrasiyası ilə bağlı fəaliyyətimiz intensivləşəcək.

BAKI, 24 may — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana edəcəyi səfərdən sonra, Türkiyənin Qarabağın yenidənqurulması və bərpası ilə bağlı fəaliyyəti intensivləşəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy bildirib.

O qeyd edib ki, bu günlərdə Azərbaycan və Türkiyə prezidentləri səviyyəsində işğaldan azad edilmiş Azərbaycan ərazilərində yenidənqurma və bərpa işlərinin necə planlaşdırılması haqqında müzakirələr gedir.

"Ermənistan uzun illər ərzində işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsə qəsd edib. Bu torpaqlarda infrastruktur və yenidənqurma işləri ilə yanaşı, mədəni, tarixi əhəmiyyətə malik abidələrin, arxeoloji yerlərin bərpası bərpası da ön plandadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşıdakı həftələrdə Azərbaycana edəcəyi səfərdən sonra, bizim də Qarabağın yenidənqurulması və restavrasiyası ilə bağlı fəaliyyətimiz intensivləşəcək. Ən qısa müddətdə qeyd etdiyim mədəni, tarixi abidələrin bərpası, qorunması bölgədə turizmin inkişafına da təkan verəcək", - deyə Ərsoy bildirib.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa işlərinə xarici şirkətlər dəvət olunub. Bura ən çox maraq göstərən Türkiyə şirkətləridir.

Xəbər lenti
0