18:15 23 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0264
  • RUB0.0233
XƏBƏRLƏR
Qısa URL
7

Zurab Tsereteli: "Dünya miqyaslı dahi sənətkar aramızdan getdi. Mən də yaxın dostumu itirdim. Acılarımı sözlə ifadə etmək mümkün deyil. Bu itkinin yeri doldurulmaz"

 

BAKI, 23 may — Sputnik. Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Tsereteli Azərbaycanın böyük rəssamı Tahir Salahovun ailəsinə başsağlığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, mərhum sənətkarın ailəsinə, yaxınlarına, dostlarına, həmkarlarına həmçinin Rusiya İncəsənət Akademiyasının Rəyasət Heyəti və Rəngkarlıq Bölməsi də başsağlığı verib: "Dünya miqyaslı dahi sənətkar aramızdan getdi. Mən də yaxın dostumu itirdim. Acılarımı sözlə ifadə etmək mümkün deyil. Bu itkinin yeri doldurulmaz. Zəka, dəmir iradə sahibi, dürüst və ədalətli, gözəl insan, həmçinin əsərləri bütün dünyada rəğbət qazanmış böyük fırça ustası haqq dünyasına qovuşdu. Biz də Sizinlə bir yerdə bu ağır itkinin acısını paylaşırıq. Hamımız üçün yeri çox böyükdür".

Xatırladaq ki, Rusiya İncəsənət Akademiyasında çalışdığı 40 ildən çox müddətin böyük hissəsini Rəngkarlıq Bölməsinə rəhbərlik etmiş Tahir Salahov ötən gecə 92 yaşında Almaniyada vəfat edib və Bakı şəhərində dəfn olunacaq.

Əsas mövzular