CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XVII əsrdə inşa olunan və ot basan tarixi abidə təmizləndi

© Sputnik / Ilham AhmadovŞamaxı şəhəri ərazisində yerləşən yeddi günbəz türbələr kompleksi
Şamaxı şəhəri ərazisində yerləşən yeddi günbəz türbələr kompleksi - Sputnik Azərbaycan, 1920, 23.05.2021
Abunə olmaq
"Türbələr kompleksi" bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.

BAKI, 23 may — Sputnik. Şamaxı rayonu Kələxana kəndində yerləşən 4961 inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Türbələr kompleksi"ndə (8 ədəd) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsi tərəfindən təmizlik işləri aparılıb.

Sputnik Azərbaycan xəbər verir ki, tarixi abidənin üzərində olan ot örtüyü təmizlənib, ətrafda səliqə-sahman yaradılıb.

Qeyd edək ki, "Türbələr kompleksi" bərpa edilməsi üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.

Xəbər lenti
0