18:17 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
XƏBƏRLƏR
Qısa URL
1910

"Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir".

BAKI, 21 may — Sputnik. Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirmənin keçirilməsi ilə bağlı açıqlama yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə keçiriləcək: "Belə ki, ümumi təhsil müəssisələrinin II-XI siniflərində bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən əyani formada yarımilin sonunda bir dəfə olmaqla aparılacaq.

Qeyd edək ki, summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür və qiymətləndirmədə test, inşa, çalışma, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur. Cari tədris ilinin I yarımili üzrə məktəbdaxili qiymətləndirmə distant formada təşkil olunduğu səbəbindən summativ qiymətləndirmənin şifahi formada da aparılması məqbul sayılmışdı. II yarımil üzrə əyani formada təşkil olunacaq məktəbdaxili qiymətləndirmədə isə şifahi forma nəzərdə tutulmayıb.

Əlavə olaraq bildiririk ki, məktəbdaxili summativ qiymətləndirmə milli qiymətləndirmə tədqiqatı ilə qarışdırılmamalıdır. Təhsil Nazirliyinin rəsmi səhifəsində dərc edilmiş milli qiymətləndirmənin keçirilməsinə dair xəbərlər məktəbdaxili qiymətləndirmə ilə bağlı deyil. Milli qiymətləndirmə təhsilin keyfiyyətinə nəzarət etmək üçün ümumi təhsil müəssisələrində aparılan tədqiqatdır. Milli qiymətləndirmənin nəticələri şagirdlərin məktəbdaxili qiymətləndirmə nəticələrinə təsir etmir".

Əsas mövzular