Vətəndaşlarımızın əlillikdən könüllü imtinası müşahidə olunur

© Sputnik / Murad OrujovТраурное шествие на Аллее шехидов, 20 января 2021 год
Траурное шествие на Аллее шехидов, 20 января 2021 год - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
Son dövrlərdə sağalmış və ya reabilitasiya olunmuş vətəndaşların könüllü olaraq əlillikdən imtina etməsi halları müşahidə olunur.

BAKI, 21 may — Sputnik. "Artıq 500-dən artıq qazinin əlillik təyinatı aparılıb".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib. O bildirib ki, bu istiqamətdə mütəmadi olaraq işlər davam etdirilir.

M.Məmmədova həmçinin qeyd edib ki, son dövrlərdə sağalmış və ya reabilitasiya olunmuş vətəndaşların könüllü olaraq əlillikdən imtina etməsi halları müşahidə olunur: "Mən sağalmış və ya reabilitasiya olmuş digər vətəndaşları da dəvət edirəm, çünki bu zaman heç bir geri ödəmə halı olmayacaq. Əksinə, bu, alqışlanan haldır".

Xəbər lenti
0