DTX Azərbaycan ərazisində terror təhlükəsinin olması barədə məlumatla bağlı açıqlama yaydı

© Sputnik / Anar MustafayevЗдание Службы государственной безопасности Азербайджанской Республики в Баку
Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan, 1920, 19.05.2021
Abunə olmaq
"Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir", - DTX.

BAKI, 19 may - Sputnik. Amerika Birləşmiş Ştatlarının Dövlət Səyahət Departamentinin rəsmi internet səhifəsində ABŞ vətəndaşlarına Azərbaycanda COVID-19 koronavirus infeksiyası və yüksək terror təhlükəsi riski ilə əlaqədar məlumat verilib, onlara ciddi zərurət olmadığı təqdirdə ölkəmizə səyahət etməmələri tövsiyə olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytı məlumat yayıb.

"Qeyd olunan məlumat sosial media resurslarının Azərbaycan seqmentində yayılıb. Bununla əlaqədar bəyan edirik ki, Azərbaycan Respublikasının ərazisində terror təhlükəsinin olması ilə bağlı verilən bu kimi məlumatlar həqiqəti əks etdirmir və tamamilə əsassızdır.", - məlumatda deyilir.

DTX həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hüquq mühafizə və təhlükəsizlik siyasəti nəticəsində ölkəmizdə yaradılmış dayanıqlı sabitlik və əmin-amanlıq vətəndaşlarımızın, həmçinin Azərbaycana gələn əcnəbilərin təhlükəsizlik şəraitində yaşamasına təminat verir.

Государственный департамент США в Вашингтоне - Sputnik Azərbaycan, 1920, 19.05.2021
SİYASƏT
IV dərəcəli təhlükə: Dövlət Departamentindən Azərbaycan və Ermənistanla bağlı xəbərdarlıq

"Hazırda ölkəmizə səyahət etmək istəyən şəxslər üçün hər hansı terror təhlükəsi riski mövcud deyildir", - məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti öz vətəndaşlarına COVID-19-la bağlı Azərbaycana səyahət etməməyi, terror təhlükəsi ilə bağlı bu ölkəyə səyahəti yenidən nəzərdən keçirməyi tövsiyə edib.

"ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) COVID-19-la bağlı Azərbaycanla bağlı dördüncü dərəcəli səyahət sağlamlıq xəbərdarlığı elan edib ki, bu da ölkədə çox yüksək səviyyədə yoluxmanın olduğunu göstərir. ABŞ vətəndaşlarının Azərbaycana girişinə təsir edən məhdudiyyətlər də qüvvədədir. Azərbaycanda COVID-19-a dair daha çox məlumat almaq üçün səfirliyin COVID-19-la bağlı səhifəsinə daxil olun", - deyə Departamentin yaydığı məlumatda bildirilir.

Qurum eyni zamanda mümkün terror təhlükəsi ilə bağlı öz vətəndaşlarına ehtiyac olmadığı halda Azərbaycan-İran sərhədinə səyahət etməməyi tövsiyə edib.

Bundan əlavə, ABŞ Dövlət Departamenti bu yaxınlarda baş verən döyüş əməliyyatları ilə bağlı Dağlıq Qarabağa və onun ətrafına səyahət etməməyə çağırıb. 

Dövlət Departamenti analoji xəbərdarlığı Ermənistana səyahət etməyi planlaşdıran vətəndaşlarına da edib.

Daha ətraflı məlumatla bu link vasitəsilə tanış olun: 

IV dərəcəli təhlükə: Dövlət Departamentindən Azərbaycan və Ermənistanla bağlı xəbərdarlıq

Xəbər lenti
0