Dmanisidə vəziyyət yenidən gərginləşib - polis izdihamı sakitləşdirə bilmir

© Sputnik / Alexander ImedashviliПатрульная полиция в Грузии, фото из архива
Патрульная полиция в Грузии, фото из архива - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Hər iki tərəfin payalarla silahlandığı bildirilir. Hadisə yerinə polis qüvvələri cəmləşdirilib. Hüquq mühafizə orqanları vəziyyəti nəzarət altına almağa çalışırlar

BAKI, 17 may — Sputnik. Gürcüstanın şərqindəki Kvemo Kartli regionunun Dmanisi rayonunda (Başkeçid) dünən yerli azərbaycanlılar və Svanetidən gəlmiş miqrantlar arasında baş vermiş toqquşmalardan sonra vəziyyət yenidən gərginləşib. Sputnik Azərbaycan Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, etnik azərbaycanlılar səhər saatlarından küçələrə çıxaraq dünən kütləvi dava salaraq azərbaycanlı ailəsinə məxsus dükanı dağıtmış şəxslərin üzr istəməsini və onların cəzalandırılmasını tələb edirlər.

9 aprel küçəsində aksiya iştirakçılarına münaqişənin ikinci tərəfi - Svanetidən gəlmiş eko-miqrantlar da qoşulduqdan sonra vəziyyət daha da gərginləşib.

Hər iki tərəfin payalarla silahlandığı bildirilir. Hadisə yerinə polis qüvvələri cəmləşdirilib. Hüquq mühafizə orqanları vəziyyəti nəzarət altına almağa çalışırlar. Lakin onlar müqavimətlə qarşılaşıblar – izdiham onları daşa basıb. Bir neçə polis əməkdaşı zərər çəkib, lakin onlar bir neçə iğtişaş iştirakçısını saxlamağa müvəffəq olublar.

Etnik azərbaycanlılar və Dmanisidə olan Svanetili eko-miqrantlar arasında sonradan beysbol payalarından istifadə olunmaqla qanlı davaya çevrilmiş münaqişə əhəmiyyətsiz bir səbəbdən başlanıb.

Məlum olub ki, yerli dükanlardan birinin sahibi cavan oğlanlara borca pivə satmaqdan imtina edib.

Həmçinin oxyun:

Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

Xəbər lenti
0