SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: Ermənistan tərəfi qeyri-adekvat reaksiya nümayiş etdirir

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев
Президент Ильхам Алиев - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb.

BAKI, 17 may — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 17-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Qazaxıstan dövlətinin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkənin tərəqqisi naminə prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Qazaxıstan prezidenti göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əmin olduqlarını bildiriblər.

Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb. Bununla əlaqədar Azərbaycan Prezidenti bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Qazaxıstan Prezidenti bu məlumata görə Prezident İlham Əliyevə təşəkkür edib.

Xəbər lenti
0