Bu ilin "Kainat gözəli" kimdir?

© © Rodrigo Varela / Getty Images via AFPAndrea Meza
Andrea Meza - Sputnik Azərbaycan, 1920, 17.05.2021
Abunə olmaq
Müsabiqənin iyirmi altı yaşlı qalibi ixtisasca proqramçıdır. Meksikalı model 2017-ci ilin Dünya Gözəlik yarışmasının ikincisi olub.

BAKI, 17 may — Sputnik. Meksikalı Andrea Meza bu il "Kainat gözəli" müsabiqəsinin birincisi seçilib. Sputnik Azərbaycan xəbər verir ki, ABŞ-ın Florida ştatında keçirilən tədbir FYI telekanalında yayımlanıb. Çiuaua şəhərindən olan 26 yaşlı qalibə "Kainat gözəli 2019" - Cənubi Afrika təmsilçisi Zozibini Tunzi tərəfindən brilliant tac təqdim edilib.

Üçüncü yeri Peru təmsilçisi Yanik Maseta, ikinci yeri Braziliyalı Julia Qama tutub.

Meza ixtisasca proqramçıdır. İlk beşliyə Hindistan və Dominikan respublikasından təmsilçilər də daxil olub.

Xəbər lenti
0