12:28 18 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
1181

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.

BAKI, 15 may - Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.

Təlim-məşqlərdə hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.

Daha əvvəl Müdafiə Nazirliyi bildirmişdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçiriləcək.

Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Həmçinin oxuyun: 

Azərbaycan Ordusunda geniş miqyaslı təlimlər keçiriləcək

Əsas mövzular