Ukraynada Azərbaycan səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən saxlanılıb

© © Photo: AZERTAGAzərbaycanın Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxs
Azərbaycanın Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxs - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Abunə olmaq
Səfirliyin və DİN-in Ukraynadakı nümayəndəliyinin təkid və tələbindən sonra Azərbaycan diplomatik korpusuna məxsus saxta nömrə nişanı ilə avtomobili idarə edən şəxs saxlanılıb. Bu şəxsin Levan Revazoviç Çexani olduğu müəyyən edilib.

BAKI, 15 may - Sputnik. Ukrayna polisi ölkəmizin Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxsi aşkarlayıb.

Bu barədə AZƏRTAC-a Ukrayna Milli Polisindən məlumat verilib.

Təxminən bir ay öncə “Kiyev Operativ” saytı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ölkəmizin Ukraynadakı səfirliyi nəzdindəki nümayəndəliyinə məxsus D 041 005 nömrə nişanlı avtomobilin yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobili insanların üzərinə sürməkdə günahlandırıb. Bu məlumat yayılandan dərhal sonra Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkənin müvafiq qurumlarına müraciət edərək səfirliyə məxsus saxta nömrə ilə idarə olunan avtomobilin tapılmasını istəmişdi.

© © Photo: AZERTAGAzərbaycanın Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxs
 Ukraynada Azərbaycan səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən saxlanılıb - Sputnik Azərbaycan, 1920, 15.05.2021
Azərbaycanın Kiyevdəki səfirliyinə məxsus saxta nömrə ilə avtomobili idarə edən şəxs

Səfirliyin və DİN-in Ukraynadakı nümayəndəliyinin təkid və tələbindən sonra Azərbaycan diplomatik korpusuna məxsus saxta nömrə nişanı ilə avtomobili idarə edən şəxs saxlanılıb. Bu şəxsin Levan Revazoviç Çexani olduğu müəyyən edilib. İlkin araşdırma zamanı onun avtomobilindən D 041 005 nişanlı saxta nömrə götürülüb.

Onu da qeyd edək ki, Kiyevdə saxta diplomat nömrəsi ilə avtomobillərin idarə edilməsi halları əvvəllər də aşkarlanıb. Hazırda faktla bağlı araşdırma aparılır, istintaqın nəticələri barədə əlavə məlumat veriləcək.

Xəbər lenti
0