13:32 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
9

"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 15 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,16 dollar artaraq 68,52 dollar təşkil edib.

"Brent" markalı neftin bir barelinin qiyməti 1,66 dollar artaraq 68,71 dollar, "Light" markalı neftin bir barelinin qiyməti isə 1,55 dollar bahalaşaraq 65,37 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Teqlər:
"AzeriLight" markalı neft, AzeriLight, Azneft, Neft

Əsas mövzular