Quterreş vaksinə qarşı davamlı koronavirus mutasiyalarının əmələ gəlməsini istisna etmir

© AFP 2024 / LUIS ROBAYOВакцина CoronaVac компании Sinovac Biotech, фото из архив
Вакцина CoronaVac компании Sinovac Biotech, фото из архив - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
"Əgər COVID "qlobal cənubda" meşə yanğını kimi yayılsa, onun getdikcə daha çox növü və mutasiyası əmələ gələcək və hazırkı vaksinlərə qarşı davamlı olan virusun əmələ gəlməsi riski var", - BMT Baş katibi.

BAKI, 11 may — Sputnik. BMT Baş katibi Antoniu Quterreş yoxsul ölkələrdə infeksiyanın fəal şəkildə yayılması halında koronavirusunun valsinlərə qarşı davamlı mutasiyalarının əmələ gələcəyi barədə xəbərdarlıq edib.

"Mən hazırkı vəziyyətdən çox narahatam. Bəzi ölkələr öz əhalisini çox sürətlə peyvəndləyirlər. Lakin hələ də bəzi ölkələr var ki bir doza belə almayıblar. Ümumilikdə inkişaf etməkdə olan ölkələrdə vaksinasiya məsələsində böyük boşluq görürük", - deyə Quterreş bildirib.

Onun sözlərinə görə, "əgər COVID "qlobal cənubda" meşə yanğını kimi yayılsa, onun getdikcə daha çox növü və mutasiyası əmələ gələcək və hazırkı vaksinlərə qarşı davamlı olan virusun əmələ gəlməsi riski var".

"Bu, o deməkdir ki, hamı təhlükəsizlikdə olmayana qədər heç kim təhlükəsizlikdə deyil", - o əlavə edib.

Xəbər lenti
0