Bakıda Ceyhun Bayramovla Sergey Lavrovun görüşü keçirilir

© Photo : The Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidМинистр иностранных дел РФ Сергей Лавров (справа) и министр иностранных дел Азербайджана Джейхун Байрамов
Министр иностранных дел РФ Сергей Лавров (справа) и министр иностранных дел Азербайджана Джейхун Байрамов - Sputnik Azərbaycan, 1920, 11.05.2021
Abunə olmaq
Danışıqlar əsnasında prioritet mövzular Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də verdikləri bəyanatların reallaşdırılmasının təcrübi aspektləri olacaq. 

BAKI, 11 may - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə işgüzar səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşür.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində məlumat verilib.

Xatırladaq ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətinin ötən gün Bakıya səfəri başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da nümayəndə heyətini qəbul edib.

Mayın 11-dək davam edəcək səfər çərçivəsində Lavrov Azərbaycan rəhbərliyi ilə ikitərəfli və regional məsələləri müzakirə edəcək.

Danışıqlar əsnasında prioritet mövzular Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də verdikləri bəyanatların reallaşdırılmasının təcrübi aspektləri olacaq. 

Sergey Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev və Xarici işlər naziri Ceyhun Bayramovla görüşləri planlaşdırılır.

RF XİN başçısı sonuncu dəfə Azərbaycana 2020-ci ilin noyabrında, İkinci Qarabağ müharibəsinin bitməsindən dərhal sonra gəlmişdi.

Xatırladaq ki, mayın 5-6-da Sergey Lavrov Ermənistana rəsmi səfər etmişdi.

Eləcə də oxuyun: 

İlham Əliyevlə Sergey Lavrov nələri müzakirə etdilər - FOTO

Lavrovun Yerevana niyə getdiyi məlum oldu

Lavrov Qarabağda hələ də kiçik insidentlərin olduğunu etiraf edib

Xəbər lenti
0