Azərbaycanda peyvənd edilən müəllimlərin sayı açıqlandı

© Sputnik / Rahim MuradovВакцинация от коронавируса в Азербайджане
Вакцинация от коронавируса в Азербайджане  - Sputnik Azərbaycan, 1920, 08.05.2021
Abunə olmaq
"Sentyabra qədər təhsil işçilərinin 80-90 faizi vaksinasiya olunarsa, həm təhsildə, həm də cəmiyyətdə normal həyata qayıda bilərik", - deyə E.Əmrullayev qeyd edib.

BAKI, 8 may — Sputnik. Bakı, Sumqayıt və Abşeron məktəblərində təhsil işçilərinin vaksinasiyası ilə bağlı prosesi əhatə etmək üçün 10 səyyar məntəqə ayrılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsi üzərindən pandemiya dövründə tədrisin təşkili, müəllimlərin işə qəbulu və yerdəyişməsi, 1-ci sinfə qəbul və təhsil haqqı ödənişlərində sosial paketlərlə bağlı suallara cavab verərkən deyib.

O bildirib ki, bu günə qədər 57 minə yaxın müəllim vaksin olunub: "Bu, 50 yaşdan yuxarı şəxslər arasında ölkə üzrə 64-65 faiz təhsil işçisinin vaksinasiya olunduğu deməkdir. 50 yaşdan yuxarı olan hər üç müəllimdən ikisinə vaksin vurulub. İnanıram ki vaksinasiya bizi əyani təhsilə qaytara biləcək ən asan yoldur.

40 yaşdan yuxarı olan təhsil işçilərindən isə 28500 nəfər vaksinasiyadan keçib. Aprel ayından yaşından asılı olmayaraq, vaksinasiya prosesi əlçatandır. Son günlərdə 120 minə qədər, yaxud 53 faiz təhsil işçisi vaksinasiyadan keçib. Vaksinasiya prosesindən keçməyən təhsil işçilərinin də bu prosesə cəlb olunmasını tövsiyə edirik. Bu, təhsil sisteminin də normala qayıtması üçün vacibdir. Peyvənd olunan təhsil işçiləri arasında heç bir neqativ hal müşahidə edilməyib".

"Sentyabra qədər təhsil işçilərinin 80-90 faizi vaksinasiya olunarsa, həm təhsildə, həm də cəmiyyətdə normal həyata qayıda bilərik", - deyə E.Əmrullayev qeyd edib.

Xəbər lenti
0