Onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq

© AFP 2023 / STEPHANE DE SAKUTINЗал суда, фото из архива
Зал суда, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
Ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün keçirilən onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

BAKI, 6 may — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan birinci siniflərinə uşaqların qəbulu ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Sputnik Azərbaycan-a BŞTİ-dən verilən məlumatda bildirilir ki, valideynlər 6 may-17 iyun tarixlərində apellyasiya@baku.edu.gov.az elektron poçt ünvanı vasitəsilə Apellyasiya komissiyasına müraciət edə bilərlər. Apellyasiya komissiyasında müraciətlərə 22 may-19 iyun tarixlərində baxılacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün keçirilən onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

Onlayn Apellyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasının təmin edilməsindən ibarətdir.

Xəbər lenti
0