16:23 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
XƏBƏRLƏR
Qısa URL
9

Həm Ulu Öndər, həm də cənab İlham Əliyev onilliklər boyu bütün dünyaya bəyan etdilər ki, ayrı-ayrılıqda terrorizm, işğalçılıq faktı yoxdur və onların hamısı nəticə etibarilə bir-birilərinə vəhdətlə bağlı olur.

 

BAKI, 6 may — Sputnik. "Azərbaycan dövləti, onun Prezidenti - Ali Baş Komandanı bütün dünyanı təhdid edən bəlanı məhv etdi. Yeri gəlmişkən, bir məqama toxunum. Azərbaycan daim qlobal təhlükəsizliyə təhdid yaradan səbəblərə qarşı mübarizənin ön cərgəsində olub".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ulu Öndər Heydər Əliyev ABŞ-da baş verən və dünya siyasi tarixində böyük dəyişikliklərə səbəb olan 11 sentyabr hadisələrindən dərhal sonra bu terrora sərt reaksiya verən və beynəlxalq terrorizmə qarşı birgə mübarizənin vacibliyini təklif edən ilk liderlərdən idi.

"Ümummilli Lider Azərbaycanın bu prosesdə xüsusi öncüllüyünü, müxtəlif münaqişə ocaqlarında sülhyaratma missiyalarında iştirakını təmin etdi və ölkəmizin mövqeyinin səmimiliyini dəfələrlə göstərdi. Cənab İlham Əliyev böyük diplomatik məharəti sayəsində 2000-ci illərin əvvəllərində AŞ PA-da Qarabağ bölgəsini nəzarətsiz zona, beynəlxalq qaçaqmalçılıq məkanı kimi tanıtdıran qətnamələri, həmçinin Azərbaycan Prezidenti kimi beynəlxalq təşkilatlarda erməni işğalçılığını ifşa edən sənədləri qəbul etdirməklə bütün dünyanın diqqətini qlobal terrorizmin tərkib hissəsi olan erməni işğalına yönəltdi.

Həm Ulu Öndər, həm də cənab İlham Əliyev onilliklər boyu bütün dünyaya bəyan etdilər ki, ayrı-ayrılıqda terrorizm, işğalçılıq faktı yoxdur və onların hamısı nəticə etibarilə bir-birilərinə vəhdətlə bağlı olur. Başqa sözlə, "məni təhdid edəni məhv etməliyik, sənə təhlükə yaradan gözləyə də bilər" məntiqi ilə problemi həll etmək mümkün deyil.

Vətən müharibəsi yalnız Müzəffər Ali Baş Komandanın dünya hərb tarixinə düşən və 5-ci nəsil yeni savaş modelini yaratmadı, həm də beynəlxalq təhlükəsizliyə təhdid yaradan total səbəblərə, təhdidlərə qarşı ən effektiv və sarsıdıcı zərbə vurmağın mükəmməl örnəyini formalaşdırdı", - deyə R.Usubov bildirib.

Əsas mövzular