Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Fulya Öztürk haqqında film çəkiləcək - "Artıq Şuşadayam. Qarabağ Azərbaycandır!" deyəcək

© Photo : Instagram / fullyaozturkFulya Öztürk
Fulya Öztürk  - Sputnik Azərbaycan, 1920, 06.05.2021
Abunə olmaq
Tahir Tahiroviç: "Mən Qarabağ müaribəsində fəaliyyət göstərən digər jurnalistlərin işinə kölgə salmaq istəmirəm".

 

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. Vətən müharibəsi dövründə Azərbaycan müharibə ilə bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynayan "CNN-Türk" kanalının hərbi müxbiri Fulya Öztürk barədə sənədli film çəkiləcək. Bu barədə Sputnik Azərbaycan-a filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviç məlumat verib. Film haqqında danışan rejissorun verdiyi məlumata görə, filmin çəkilişlərinə iyun ayında start veriləcək: "44 günlük müharibəsinə həsr olunmuş, Mədəniyyət Nazirliyinin elan etdiyi "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə biz də qatıldıq. Fulya Öztürkün Vətən müharibəsi dövründə həqiqətləri çatdırması, müharibə dövründə onun gördüyü işlər bizim də diqqətimizdən yayınmayıb. Onun göstərdiyi şücaətlər haqqında ssenari yazdıq və piçinq mərhələssində qalib gəldik".

"Mən Qarabağ müaribəsində fəaliyyət göstərən digər jurnalistlərin işinə kölgə salmaq istəmirəm. Amma beynəlxaq arenada bu müharibənin işıqlandırılmasında CNN kanalının, xüsusən də Fulya xanımın rolu böyükdür. Fulyanın qadın da olmağı hadisəyə poetiklik qatdı" -deyə T.Tahiroviç əlavə etdi.

Rejissor əlavə etdi ki, CNN-in kameramanının çəkdiyi elə kadrlar var ki, hansı ki, o kadrlar efirə getməyib. "Azərbaycanfilm" və "DADA Film Prodakşn"ın birgə istehsalı olan layihə üçün həmin kadrlar əldə edilib, filmdə yer alacaq: "Bir də bir yol hekayəsi olacaq. Fulya yenidən işğaldan azad olmuş torpaqlarımıza səfər edəcək. Biz çəkilişləri iyun ayında nəzərdə tutmuşuq. Fulya qələbə günü Şuşada olmaq istəyirdi. Amma koronavirusa yoluxduğuna görə, iştirak edə bilmədi. Sonda Fulya Şuşadan reportaj hazırlayacaq - "Artıq Şuşadayam. Qarabağ Azərbaycandır!" deyəcək. Çəkilişlər Fizulidə (Horadizdə), Tərtər, Bərdə, Gəncə və final olaraq Şuşada lentə alınacaq. Hansı bölgələr ki, Fulya orada canlı bağlantılar edirdi. Fulya Öztürk bu çəkiliş üçün Azərbaycana gələcək. O rayonlarda yenidən öz xatirələrini danışacaq. Bu yaxınlarda İstanbulda Fulya ilə görüşdüm. Bununla bağlı müzakirələr apardıq".

Xəbər lenti
0