Avropol mafiozların pulunu sayır: birdəfəyə 31 nəfəri tutdular

© AP Photo / Michael SohnСотрудники полиции в Берлине, фото из архива
Сотрудники полиции в Берлине, фото из архива  - Sputnik Azərbaycan, 1920, 05.05.2021
Abunə olmaq
Budəfəki həbslər 2018-ci ildə həyata keçirilmiş "Pollino" əməliyyatının davamıdır. Adı çəkilən əməliyyat zamanı 84 nəfər İtaliya və Almaniyada şübhəli qismində saxlanıb.

 

BAKI, 5 may — Sputnik. İtaliya və Almaniyada həyata keçirilmiş irimiqyaslı polis əməliyyatı nəticəsində 31 mafioz şəxs saxlanıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində saxlanılan şəxslərin Kalabriyada yaranmış, İtaliya və digər ölkələrin ərazisində fəaliyyət göstərən "Ndranqeta" (Cəsarət) mafioz qruplaşmasının üzvləri olduğu ehtimal edilir. Həmin təşkilat beynəlxalq narkotik ticarəti və "çirkli pullar"ın yuyulması ilə məşğul olur.

Budəfəki həbslər 2018-ci ildə həyata keçirilmiş "Pollino" əməliyyatının davamıdır. Adı çəkilən əməliyyat zamanı 84 nəfər İtaliya və Almaniyada şübhəli qismində saxlanıb.

"Ümumilikdə əməliyyat nəticəsində ən azı bir neçə yüz min avro, silah, kokain, elit nəqliyyat vasitələri və zinət əşyaları müsadirə olunub. Hazırda müsadirə olunmuş pullar sayılır, bank hesabları isə dondurulub", - deyə "Avropol"un məlumatında bildirilir.

Bir müddət əvvəl yeddi il ərzində ədalətdən yayınmağa müvəffəq olmuş italiyalı mafioz Mark Ferena Klod Biarın "YouTube"-dakı kulinariya bloqlarından birinin köməyi ilə saxlandığı barədə xəbər yayılıb. Biar barəsində 2014-cü ildə İtaliyanın cənubunda "Ndranqeta" klanının kokainin qanunsuz dövriyyəsi ilə bağlı həbs qərarı verilib. Lakin mafioz ölkədən qaçaraq uzun müddət polisdən gizlənib.

Xəbər lenti
0